$, £, ¥ – valyuta simvolları necə yaranıb? Biz $ işarəsini ispan dilindən əldə etmişik. 18-ci əsrdə tacirlər Şimali Amerika, Britaniya müstəmləkələrində iki valyuta ilə ticarət aparırdılar. Bunlar britaniya funtu və ispan dolları idi. 1785-ci ildə Birləşmiş Ştatlar öz valyutalarını qəbul etdikdə ispan pullarını nümunə olaraq götürdülər. Alimlər o zamandan belə güman edirlər ki, $ işarəsi “peso” sözünün qısaldılmasından əmələ gəlib. Əvvəlcə bu “ps”, sonra isə sadəcə “S” olaraq yazılırdı. Bu “S” hərfi də “p” hərfi ilə kəsişirdi.
$ simvolunun ilk nümunəsi 1778-ci ildə tacir Oliver Pollok tərəfindən yazılmış məktubda peyda olur. “S” hərfinin üzərindəki xətləri izah etmək nisbətən çətindir. Bəziləri belə hesab edir ki, o İspan gerbində təsvir edilmiş Gibraltar sütunlarını əks etdirir. Digərləri isə bunu U.S adındakı U hərfinin yuxarı çevirilmiş formasıdır.
Digər pul simvolları isə daha aydın mənşəyə sahibdirlər. Britaniya funt sterlinqinin işarəsi latın “libra” sözündən əmələ gəlib. Bu da tərcümədə tərəzi mənasını verir. Belə ki, bir britaniya funtu ilk olaraq təmiz gümüşə bərabər idi. Çin yuanı və yapon yeni-nin hər ikisi “dəyirmi obyekt” mənasını daşıyaraq Y hərfinə əsaslanırlar. Avroya gəldikdə isə 30 rəssamdan ibarət qrup öz işini təqdim etdikdən sonra Avropa Komissiyası cəmiyyətin 2000 nümayəndəsindən seçim etməyi tələb edir.
Bir çox ölkələr isə öz şəxsi valyuta simvollarının yaradılmasına o qədər də önəm vermir və sadəcə valyuta adının qısaldılmasından istifadə edir. Məsələn, Polşa – zł, Almaniya – keçmiş alman markı üçün DM. Digərləri isə bu ad qısaldılmasını dollar ilə birləşdirir. Məsələn, Nikaraqua córdoba-sında olduğu kimi (C$). İsrailin “yeni şekel”-inin işarəsi isə ₪ -yəhudi dilində olan sözlərin ilk hərflərini birləşdirir.
Bununla yanaşı, 1978-ci ildə yaradılmış və ISO 4217 kimi məşhur olan beynəlxalq standartlaşdırma sistemi də mövcuddur. Bu kodlar bütün dünya üzrə bank və biznes əməliyyatlarında istifadə edilir və bir-birinə çox bənzəyir.