FED-in rəhbəri dörd illik müddətini işləyib bitirmək niyyətində olduğunu bildirib.
Banker.az xəbər verir ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin sədri Jerome Powell, prezident Donald Trampın onun vəzifədən azad edilməsinə ümid etdiyini söyləməsinə baxmayaraq, yaxın gələcəkdə postunu tərk etmək niyyətində olmadığını bildirib.
“Mən düşünürəm ki, səlahiyyətlərimin müddəti dörd ildir və bu müddəti tamamlamaq niyyətindəyəm”, – deyə Powell Vaşinqtonda keçirilən konfransda deyib.
Eyni zamanda, Trampın sədrə qarşı ifadə etdiyi tənqidini ictimaiyyətlə müzakirə etmək məqsədəuyğun olub-olmadığını soruşduqda, Powell cavab verib: “Mən vəzifəli şəxsləri açıq şəkildə müzakirə etmirəm”.
“Biz FED-də missiyamızın yerinə yetirilməsinə, birbaşa siyasi nəzarətdən müstəqil olmaq bizim əsas institusional xüsusiyyətlərdən biridir, hansıki həm iqtisadiyyatımıza, həm də ölkəmizə xidmət edir”.
Hüquqşünaslar qeyd edirlər ki, Trampın FED-in sədrini işdən azad etməsi üçün hər hansısa ciddi səbəbi olmalıdır: prezidentin FED-ə münasibətdə səlahiyyətləri qanunvericiliklə məhdudlaşdırılıb.
Tramp bu məsələ ilə bağlı öz fikrini ifadə edib: “Gəlin onun nə etdiklərinə baxaq”. Prezident FED-in aqressiv fəaliyyətindən öz narazılığını bildirib. Onun fikrincə, bu ÜDM-un və ümumilikdə maliyyə bazarının perspektivlərinin aşağı düşməsinə gətirib çıxarır.
Trampın sözlərinə görə, fond bazarı daha yaxşı vəziyyətdə ola bilərdi, “əgər mərkəzi banka görə cavabdeh olan başqa biri olsaydı”.