20 C
Baku
Friday, November 1, 2024

Bağlanan bank, “Synergy”nin törəməsini məhkəməyə verib

Ləğv prosesində olan (LPO) Azərbaycan bankı «Atrabank» ASC «Synergy Group»un törəmə şirkətini kredit müaviləsindən yaranan mübahisəyə görə məhkəməyə verib.

Banker.az xəbər verir ki, LPO bank 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «Synergy Jet» MMC ilə kredit müqaviləsindən yaranmış borcun ödənməsi xahişini edib.

Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Xatırladaq ki, «Atrabank» Mərkəzi Bankın  (həmin tarixdə AMB-də idi bu səlahiyyət) İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə fəaliyyətlərinə xitam verilib.

Son xəbərlər
Digər xəbərlər