19 C
Baku
Friday, May 3, 2024

ABŞ və Çin arasındakı ticarət müharibəsində Vyetnam qalib gəldi

Bu il Vyetnamın iqtisadiyyatı sürətlə böyüməyə başlayıb.

Banker.az xəbər verir ki, mütəxəssislər bunu ABŞ və Çin arasında gedən ticarət müharibəsi ilə əlaqələndirirlər.

Belə ki, ikinci rübdə Vyetnamın ÜDM-u 6,71% artaraq analitiklərin gözləntilərini aşıb. Bu nəticə əsasən istehsal sektorunun inkişafı hesabına əldə olunub.

2019-cu ilin ilk dörd ayında ABŞ-ın Vyetnamdan idxalı ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki, 40% artıb, Çin idxalatı isə 13% azalıb.

Asiya İnkişaf Bankının hesablamalarına görə. əgər Pekin və Vaşinqton arasındakı münaqişə həllini tapmasa, Vyetnamın ÜDM yaxın üç ildə 2% artacaq.

İyulun sonunda ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Xi Jinping ölkələr arasında ticarət danışıqlarını bərpa etməyə razılaşıblar. Daha əvvəl isə ABŞ Çin mallarına münasibətdə yeni ticarət tariflərini tətbiq etməyəcəyinə söz verib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər