26 C
Baku
Tuesday, April 30, 2024

Ərdoğan Türkiyə Mərkəzi Bankının sədrinin işdən çıxarılmasının səbəbini açıqladı

Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkaya faiz dərəcələrini aşağı salmaqdan imtina edib. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Banker.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, iqtisadi görüşlər zamanı Mərkəzi Bankın rəhbəri ilə faiz dərəcələrinin aşağı salınması barədə danışılsa da, o, “etməli olduğu şeyi etməyib”.

Türkiyənin aparıcı iqtisadçısı bildirib ki, Çetinkayanın işdən çıxarılması bankın müstəqilliyini daha çox sarsıda bilər.

“Mərkəzi Bankın müstəqilliyi ilə bağlı müzakirələr davam etdiyi bir dövrdə, Çetikayanın vəzifədən uzaqlaşdırılması bu debatları qıdalandırır”, –  deyə mütəxəssis qeyd edir.

Xatırladaq ki, Murat Çetinkayanın vəzifədən uzaqlaşdırılması barədə 6 iyunda məlum olub. Çetinkaya Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə 2006-cı ildə təyin edilib. Onun yerini Mərkəzi Bankın müavini Murat Uysal tutacaq.

Murat Uysal bildirib ki, Türkiyə MB qiymətlərin sabitləşdirilməsinə yönəldilmiş müstəqil pul-kredit siyasətini davam etdirəcək.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər