“Pakistan və Azərbaycan arasında birbaşa aviareyslərin açılması ilə bağlı işlər aparılır”.
Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib. Səfir bildirib ki, iki ölkə arasında birbaşa aviareyslərin açılması ilə bağlı Azərbaycan və Pakistan hava yolları arasında danışıqlar aparılır.
Ə. Əlizadə Pakistan prezidenti Arif Alvinin Azərbaycana səfər tarixinin hələ bəlli olmadığını da vurğulayıb.
Səfir qeyd edib ki, Pakistan prezidentinin Azərbaycana səfəri ilə bağlı hazırlıqlar aparılır: “Ümid edirik ki, bu il və ya növbəti il ərzində səfər baş tutacaq”.
©APA