6 C
Baku
Sunday, December 15, 2024

Milli Məclis büdcəyə dəyişikliyi qəbul etdi – Minimum əmək haqqınadakı artıma görə

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.

Ölkədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun isə büdcəsinin isə 15 milyon manat artırılması zərurəti yaranıb. Bu barədə Report Agentliyi məlimat verib.

Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Son xəbərlər
Digər xəbərlər