ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni rədd edib.
Konqresin aşağı palatasında keçirilən səsvermə C-SPAN telekanalı tərəfindən yayımlanıb.
Sənədin müzakirəsinin dayandırılmasına Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının 232 üzvü səs verib. Respublikaçılar hazırkı prezidentin mənsub olduğu partiyadır. 147 konqresmen isə qətnamənin əleyhinə çıxıb. Beləliklə, qətnamə rədd edilib.
Trampa qarşı impiçment tələb edən qətnaməni avqustun 24-də Texas ştatından Demokratlar Partiyasının nümayəndəsi, ABŞ Nümayəndələr Palatasının üzvü El Qrin təqdim edib. O, İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) fəaliyyəti ilə əlaqədar prezidentin səlahiyyətlərini aşmaqda ittiham edib.
Tramp 2025-ci ilin yanvarında ABŞ-ın 47-ci prezidenti vəzifəsinə başlayandan sonra dəfələrlə bildirib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon nəfər qanunsuz daxil olub. ABŞ Prezidenti həmçinin dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib.







