10 C
Baku
Thursday, December 12, 2024

Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb

Rusiya prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb.

Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Gürcüstana qarşı müxtəlif sanksiyaların tətbiqinə gəldikdə, onu deyə bilərəm ki, məhz gürcü xalqına münasibətdə olan hörmətə görə bunu etməzdim”, – Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması Gürcüstana iqtisadi sanksiyaların tətbiq olunması təklifi ilə çıxış edib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.

®APA

Son xəbərlər
Digər xəbərlər