7 C
Baku
Sunday, December 15, 2024

Fransa ABŞ və İran arasında vasitəçilik etməyə çalışır

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Macron ABŞ prezidenti Donald Tramp ilə İran ətrafındakı vəziyyəti müzakirə ediblər. Fransa lideri yüksək rütbəli diplomatik məsləhətçisini Tehrana danışıqlara göndərmək niyyətini açıqlayıb.

Banker.az xəbər verir ki, intensiv məsləhətləşmələr Beynəlxalq Atom Enerjisi Təşkilatının İranın uran zənginləşdirmə səviyyəsini daha yüksək dərəcəyə yüksəltdiyini bildirəndən sonra başlayıb.

Tramp və Macron “İranın nüvə silahını əldə edə bilməməsi və ölkənin Yaxın Şərqdə qeyri-sabit davranışının dayandırılması” məsələlərini müzakirə ediblər. Bu haqda Ağ evin rəsmi mesajında deyilir.

Macron 6 iyulda İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb. Danışıqlar zamanı ölkələr arasında dialoqun bərpası və gərginliyin azaldılmasına yönəldilmiş lazımi tədbirlər müzakirə olunub. İranın son bir neçə gündə nüvə razılaşmasının iki əsas müddəasından “bir az geri çəkilməsi”, onun Amerikanın sanksiyalarına verdiyi cavabdır.

“Macron və Ruhani, 15 iyul tarixinə qədər maraqlı olan tərəflərin iştirakı ilə iki ölkə arasında dialoqun yenilənməsi şərtlərini araşdırmağı qəbul ediblər”, – Yelisey sarayının bəyanatında deyilir. – Önümüzdəki günlərdə prezident Macron İranın nüvə proqramı ətrafındakı gərginliyi aradan qaldırmaq üçün müvafiq beynəlxalq tərəfdaşlarla məsləhətləşmələri davam etdirəcək”.

Üçüncü bir ölkənin vasitəçiliyi, ABŞ və İran arasındakı münasibətlərə müsbət təsir göstərə bilər.

Üçüncü tərəfin vasitəçiliyini təşviq edə biləcək ən yaxşı addım isə “qarşılıqlı dondurma” ola bilər. “Qarşılıqlı dondurma” bir sıra ölkələrə İran neftini idxal etməyə icazənin verilməsini nəzərdə tutur. Bunu qarşılığında Tehran regional provokasiyalara son qoymalı, “Birgə Fəaliyyət Planı” na uyğun fəaliyyət göstərməlidir.

“İranın nüvə proqramının sonrakı genişləndirilməsi təcridçilik siyasətinə və sanksiyalara səbəb olacaq”, – deyə dövlət katibi Mike Pompeo Twitter-də 7 iyul tarixində yazıb.

Vaşinqton 10 iyul tarixində Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətini iclas keçirməyə çağırıb. İclasda aşağı zənginləşdirilmiş uranın 300 kiloqram hədəsini aşması məsələsini müzakirə ediləcək.

“Əgər onlar öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr, biz də sözümüzün üstündə duracağıq”, – deyə İran tərəfi bildirib – Əks halda hər şey bizim öz planımız üzrə davam edəcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər