6 C
Baku
Sunday, December 15, 2024

Kapital Bank-ın ilk qalib müştəriləri müəyyən olundu®

Xəbər verdiyimiz kimi, Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 01 oktyabr 2019-cu il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

9 iyul tarixində lotereyanın ilk tirajı keçirildi və 16 müştəri qiymətli hədiyyələr qazandı. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da tarixində keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq KapitalGift kartı, 5 nəfər iPad Mini və 1 nəfər iPhone XS əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Honda Civic avtomobili qazanacaq.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

 

 

Son xəbərlər
Digər xəbərlər