2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın vitse-prezidentinin sərvəti Ağ evdən ayrıldıqdan sonra $15 mln. artıb

ABŞ-ın vitse-prezidenti Joseph Biden Ağ evdən 2017-ci ildə ayrılıb. O, belə qısa bir müddət ərzində 15 milyon dollar qazana bilib. Qeyd edək ki, siyasətçi Demokratlar Partiyasını təmsil edir və 2020-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürüb.

Banker.az xəbər verir ki, 2016-cı, 2017-ci və 2018-ci illərdə Joseph Biden ümumilikdə 15,6 milyon dollar qazanıb. Onun əsas gəlir mənbəyi ictimai çıxışlar, yazdığı kitablar və Pensilvaniya universitetindəki mühazirələrdir.

2004-2016-cı illərdə Biden ailəsinin gəliri qeyd edilmiş məbləğdən az olub. 2017-ci ildə siyasətçi xeyriyyəyə 1 milyon dollar, 2018-ciildə isə 276 min dollar ayırıb.

Prezident seçkilərində iştirak etmək niyyətində olan siyasətçi, qalib gəldiyi halda irqçilik kimi bir sıra problemlərlə mübarizə aparmağı vəd edib.

Son xəbərlər
Digər xəbərlər