19 C
Baku
Sunday, May 5, 2024

“Aqrolizinq” dövlət şirkəti ilə 10,5 mln. manatlıq məhsul alır

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti karbamid gübrəsinin satınalınması ilə bağlı 10,5 mln. manatlıq müqavilənin qalibini açıqlayıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, “Aqrolizinq” bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə müqavilə imzalayıb.

“Aqrolizinq” Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

“Aqrolizinq” ASC-in qarşısına qoyulan əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər