İsveçrənin “Hoffman-La Roche LTD”adlı dərman şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyin ləğv olunduğunu elan edib.
Banker.az-a daxil olan məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, birinci Yaşıl ada küçəsi 7 küçəsi, ev Ağ şəhər kompleksi ünvanına bildirə bilərlər.
Bildirək ki, təsisçisi Fritz Hoffmann-La Roche olan İsveçrənin transmilli dərman şirkəti “Roche” 1896-cı ilin oktyabr ayında yaradılıb.