Dünya bazarlarında neftin qiyməti artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11:40 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.22$ yəni, 0.36 % bahalaşaraq 60.65$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.22$, yəni, 0.33% bahalaşaraq 67.23$-a təklif olunub.
Bildirək ki, ən son may ayının 30-da “Brent” markalı neftin qiyməti 67$-ı ötmüşdür.