7 C
Baku
Sunday, December 15, 2024

“Ata Bank”ın maliyyə durumu məlum oldu: Yarımilliyi mənfəətlə bitirib

“Ata Bank” ASC-nin cəmi aktivləri ilin 1-ci yarısının sonuna 571,24 mln. manat təşkil edib.

Banker.az bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 1,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,3 faiz kiçilib. Aktivlərinin 414,86 mln. manatı müştərilərə verdiyi kreditlərdir.

Bankın cəmi öhdəlikləri 428,59 mln. manat olmaqla, bunun, 307,49 manatı müştərilərdən cəlb etdiyi əmanətlərdir.

“Ata Bank” balans kapitalını 142,65 mln. manat təşkil edir ki, burada 120 mln. manatı nizamnamə kapital və 15,02 mln. manatı bölüşdürülməmiş mənfəətdir.

Bank 2019-cu ilin ilk yarımilliyini 149 min manatlıq xalis mənfəət edib.

Xatırladaq ki, “Ata Bank” ASC-nin səhmlərinin 86,00%-i  “Synergy Group”-a
9,3%-i Əşrəf Kamilov və 4,7%-i isə Mahir Rəfiyev adlı fiziki şəxlərə məxsudur.

Son xəbərlər
Digər xəbərlər