6 C
Baku
Saturday, December 14, 2024

Türkiyə sanksiyalara cavab olaraq Aralıq dənizində qazma işlərini davam etdirəcək

Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Türkiyə Aralıq dənizində qazma işlərini davam etdirmək niyyətində olduğunu bildirib. 

“Qazma işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, Avropa İttifaqının Şurası hava nəqliyyatı məsələsinə dair danışıqları dayandırmaq və Aİ ilə Türkiyə arasındakı dialoq çərçivəsində yüksək səviyyəli görüşlər keçirməmək qərarına gəlib”, – Aİ qeyd edir. 

“Türkiyə özünün və Kipr adasında yaşayan türklərin hüquqlarını müdafiə etməyə davam edəcək”, – Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən Anadolu agentliyi xəbər verir. 

Yunanlar və yunan-kiprlilər Aİ təşkilatının üzvlərindən biridir və bu səlahiyyətdən sui-istifadə edirlər. 

Rusiya Avropa İttifaqının qərarını mənfi qiymətləndirir və Aralıq dənizindəki situasiyanın gərginləşdiyi bir dövrdə Türkiyəni dəstəkləyir. 

“Moskva Ankaraya münasibətdə hər hansısa məhdudiyyətlərin tətbiq edilməsinə qarşı çıxır. Belə ki, bu sanksiyalar beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının prinsiplərinə ziddir”. 

Son xəbərlər
Digər xəbərlər