“Embafinans” BOKT-nun 2019-cu ilin yanvar ayında işçilərinin sayında azalma müşahidə olunub.
Banker.az-a daxil olan məlumata görə, 1 yanvar 2019-cu il tarixində BOKT-un işçilərinin sayı 103 nəfər təşkil edib.
Ötən ilin eyni dövründə isə “Embafinans” BOKT-nun işçilərinin sayı 114 nəfər olub. Belə ki, bu il BOKT-un işçilərinin sayı 9,6% və ya 11 nəfər azalıb.
Xatırladaq ki, “Embafinans” BOKT-un nizamnamə kapitalı 10 mln manatdır. BOKT-un səhmdarları 60% ilə Elşad Abbasov, 40% ilə Məşhur Məmmədovdur.