“A-Group” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvlərindən biri 64 yaşlı Toğrul Bağırov vəfat edib və buna görə onun adı siyahıdan çıxarılıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata əsasən, onu bu vəzifədə Elşən Əfəndiyev əvəzləyib.
Bildirək ki, Toğrul Bağırov Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü olub.