13 C
Baku
Monday, May 6, 2024

ABA bu işi “AccessBank”ın Baş Direktoruna həvalə etdi

Xəbər verdiyimiz kimi, 31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasda ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və “Kredit işi” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd AccessBank-ın Pərakəndə və Biznes müştəriləri üzrə Baş Direktor Elşən Pirmalıyev Assosiasiyanın Rəyasət Heyətinə təqdim olundu və onların müvafiq qruplara sədirliyi təsdiqləndi”

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər