2 C
Baku
Saturday, December 14, 2024

“Topaz” Azərbaycan Premyer Liqası ilə niyə sponsorluğunu davam etdirmir?

2012-ci ildən ildən Azərbaycan Premyer Liqasının sponsoru olan “Topaz” növbəti mövsümdən etibarən artıq olmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ötən gün məlumat verib.

O bildirib ki, “Topaz” rəhbərlik etdiyi qurumla əməkdaşlığı dayandırıb: “Ayın 16-a kimi sponsorluqla bağlı yeni qərar qəbul olunacaq. “Topaz” sponsorluq etsəydi, həmin pulla klubları sevindirərdik”.

“Topaz” 8 il ərzində Peşəkar Futbol Liqasının sponsoru olub. Bu addım müqavilə bitdiyi üçün atılıb. Söhbət sponsorluqdan imtinada deyil, müqavilənin uzadılmamasından gedir”.

Bu fikirləri Report agentliyinə açıqlamasında Caspiantech QSC-nin direktoru Vüsal Məmmədov deyib.

O bildirib ki, Topaz Azərbaycan idmanını fəal şəkildə dəstəkləməyə davam edir və bu il bütün səylərini Olimpiya istiqamətlərinə yönəltməyə qərar verib: “Bizim dəstəyimiz bəzi idman növlərini əhatə edəcək. Bunlara voleybol və kiber idmanını misal göstərə bilərəm. Bundan başqa “Topaz” bir sıra olimpiya idman növlərinə dəstək verən qurum kimi tanınan “Azeridmanservis” in rəsmi tərəfdaşıdır. “Topaz” Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcəkdir. Ölkənin inkişafının və millətin sağlamlığının ən vacib istiqamətləri olaraq. “Topaz” Azərbaycan ərazisində qeydiyyata alınan, 2011-ci ildən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən bir bukmeker agentliyidir. PFL-in rəsmi nümayəndəsindən xarici bukmeykerlə Azərbaycanda sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik. Bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeyker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdur”.

Qeyd edək ki, 19 yanvar 2010-cu il tarixində təsis edilmiş və ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlamışdır. “TOPAZ” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, Caspiantech QSC hal-hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.

Son xəbərlər
Digər xəbərlər