14 C
Baku
Sunday, November 24, 2024

Forbes: Donald Tramp administrasiyasının ən zəngin nazirləri

whABŞ prezidentinin kabinetinə 17 milyoner daxildir ki, onların hər birinin sərvəti 100 milyon dollardan çoxdur. Hökumətdə etibarlı bir iş istəyirsiniz? Donald Trampın naziri olmayın. Cəmi iki il yarım ərzində Tramp kabinetindəki 23 vəzifədən 12-ni yeniləyib. Kabinetə daxil olan nazirlərin ümumi kapitalı 3,3 milyard dollar təşkil edir. Bu, dövlət başçısı ilə müqayisədə bir az çoxdur.

Hökumətin ən zəngin üzvləri kadr qeyri-sabitliyinə uyğunlaşıblar: 2017-ci ilin sentyabr ayından etibarən təhsil naziri Betsy Devos (2 milyard dollar), ticarət naziri Wilbur Ross (600 milyon dollar) və maliyyə naziri Stephen Mnuchin (400 milyon dollar) öz vəzifəsini əldə saxlamağı bacarıb.

Prezident seçkilərində qalib gəldikdən sonra belə, Tramp komandasında “sərvətini qazanmağı bacaran insanlara ehtiyac duyduğunu” söyləmişdir. Bu insanların iştirakı ilə prezident iqtisadiyyatın artımına nail ola bildi.

Forbes Tramp kabinetinin maliyyə durumunu dərindən təhlil edərək aşağıdakı nəticələrə gəlib.

betsyBetsy Devos, 61 yaş

Təhsil naziri

Sərvəti: 2 milyard dollar

Betsy Devos ağzında gümüş qaşıq ilə doğulanlardan biridir. Onun atası avtomobil üçün ehtiyat hissələrinin satıcısı olub. Eyni zamanda Devos həyat yoldaşından, Amway biznes imperiyasının təsisçisi olan Richard Devos-dan da miras alıb. Sahibkarın 2018-ci ildə ölümündən sonra ailə 5,4 milyard dollar miras aldı. Nazirin portfelinə Miçiqan və Baham adalarında danışmaz əmlak, Orlando MagicChicago Cubs basketbol klublarında, At Home pərakəndə şəbəkəsində və hətta İlon Maskın SpaceX şirkətindəki pay daxildir. 2 milyard dollarlıq sərvət Betsy Devos, onun həyat yoldaşı və dörd uşağı arasında bölüşdürülür.

wil

 

Wilbur Ross, 81 yaş

Ticarət naziri

Sərvəti: 600 milyon dollar

Ross 24 il Rothschild investisiya bankında işləyib, 2000-ci ildə isə WL Ross & Co şirkətini təsis etmək üçün işindən ayrılıb. Nazir polada bahis edərək Amerikanın ən zəng insanlarından birinə çevrildi. Pik nöqtədə milyonerin sərvəti 260 milyon dollar təşkil edirdi. Ross ətrafında olan hər bir kəsə milyarder olduğunu söyləsə də, nazirlər kabinetində vəzifəyə təyin edildikdən sonra bu yalanın üstü açıldı.  

step

                                                                                                                  

Stephen Mnuchin, 56 yaş

Maliyyə naziri

Sərvəti: 400 milyon dollar

Goldman Sachs bankının keçmiş top-meneceri olan Richard Mnuchin-in oğludur. Kollecdəki təhsilini başa vurduqdan sonra, Stephen maliyyə bankına işə düzəlir və orada 17 illik təcrübə qazanır. Nazirin əsas maraq dairəsi maliyyə və kinematoqraf sahələri olmuşdur. O, müxtəlif blokbasterlərin maliyyələşdirilməsində iştirak edib, bir qrup sərmayəçi ilə birlikdə  Kaliforniyanın OneWest bankını 3,4 milyard dollara satıb. Bu gün Mnuchin və onun həyat yoldaşı Louise Linton-un portfelinə Nyu-York, Los-Anceles və Şotlandiya yaxınlığında yerləşən 100 milyon dollarlıq daşınmaz əmlak daxildir.

barrWilliam Barr, 69 yaş

Baş prokuror

Sərvəti: 40 milyon dollar

George Herbert Walker Bush administrasiyasında 26 il xidmət edib. Sərvətinin əhəmiyyətli hissəsini Verizon korporasiyasında qazanıb. Maliyyə böhranı nəticəsində Barr şirkəti tərk edərək pensiyaya çıxır. Müxtəlif qiymətləndirmələrə görə, Verizon baş prokurora 17,1 milyon dollar ödəyib. Bundan sonra William Barr Pch-Ziff Capital Management, Dominion EnergyTime Warner şirkətlərinin direktorlar şurasına daxil olur.

robert

Robert Lightheiser, 71 yaş

ABŞ-ın ticarət nümayəndəsi

Sərvəti: 25 milyon dollar

Trampın ticarət danışıqlarının aparılması üzrə ən yaxşı mütəxəssislərindən biridir. 30 il Skadden, Arps, Slate, Meagher & Flom şirkətində işləyib. Qiymətləndirmələrə görə, hal-hazırda Lightheiser-in sərvəti 25 milyon dollar təşkil edir. Milyonerin Nyu-York, Palm-Bich və Florida ştatında bir neçə milyon dollarlıq daşınmaz əmlakı var.

benBen Carson, 67 yaş

Mənzil və şəhərsalma naziri

Sərvəti: 20 milyon dollar

Keçmiş neyrocərrah 1990-cı illərin sonlarında Costco Kellogg şirkətlərində direktorlar şurasının üzvü olmuşdur. 2015-ci ildə postunu tərk edərək prezident seçkilərində öz namizədliyini irəli sürüb. Carson-un Merilend, Virciniya və Florida ştatı və Palm-Bich ərazilərində daşınmaz əmlakı var.

elaine

 

Elaine Chao, 66 yaş

Nəqliyyat naziri

Sərvəti: 20 milyon dollar

Wells Fargo, News Corp.Vulcan Materials kimi şirkətlərdə direktorlar şurasının üzvü olub. Dəyəri təxminən 1,2 milyard olan Foremost Group şirkəti onun ailəsinə məxsusdur.

Alex Aazar, 52 yaş

Səhiyyə və insan xidmətləri naziri

Sərvəti: 15 milyon dollar

Azar uzun müddət ərzində Ali Məhkəmənin hakimi olan Antonin Scalia-nın köməkçisi vəzifəsində çalışıb. 2007-ci ildə Vaşinqtondan İndianapolisə köç etdikdən sonra isə əczaçılıq sahəsində fəaliyyət göstərən  Eli Lilly şirkətində işə düzəlib. 2017-ci ildə nazir ildə demək olar ki, 2 milyard dollar qazanırdı.

dan

Dan Coats, 76 yaş

Milli Kəşfiyyat direktoru

Sərvəti: 15 milyon dollar

Bu gün Coats-ın pensiyası 1 milyon dollar dəyərində qiymətləndirilir. 2017-ci ildə İndiananın keçmiş senatoru özünə 650 m2 sahəsinə malik olan ev aldı. Direktorun sözlərinə görə, o Coca-Cola şirkətində 50 min dollarlıq paya sahibdir.

markMark Esper, 55 yaş

Müdafiə naziri

Sərvəti: 5 milyon dollar

Keçmiş hərbçi və Raytheon şirkətinin lobbisti olan Mark Esper, müdafiə naziri vəzifəsinə qədər yüksələ bilmişdir. O, Raytheon şirkətindən 1 milyon dollarlıq kompensasiya. Nazir və onun həyat yoldaşının Qərbi Virciniyada daşınmaz əmlakı vardır.

mick

Mick Mulvaney, 52 yaş

İdarə və büdcə idarəsinin direktoru vəzifəsini icra edir

Sərvəti: 5 milyon dollar

Tramp aparatının rəhbəri Cənubi Karolinada anadan olub. Ona 200 ha torpaq sahəsinə və 2008-ci ildə iflas etmiş şirkətdə paya sahibdir.

sonnySonny Perdue, 72 yaş

Kənd Təsərrüfatı naziri

Sərvəti: 5 milyon dollar

Corciyanın keçmiş qubernatoru olan Sonny Perdue, vəzifəsinə təyin edildikdən sonra 8 milyon dolları dörd uşağına miras qoydu.

Parrick Pizzella

Əmək və Sosial müdafiə nazirinin vəzifələrini icra edir

Sərvəti: 5 milyon dollar

Pizzella öz karyerasına ABŞ-ın keçmiş prezidenti Ronald Reagan-ın dövründən başlamışdır. O, peşəkar siyasətçinin bacarıqlarına yiyələnə bilmişdir.

andreAndrew Wheeler, 54 yaş

Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri

Sərvəti: 3 milyon dollar

Ətraf Mühit Mühafizəsi Agentliyində 15 il işlədikdən sonra lobbist olmaq üçün 2009-cu ildə hökuməti tərk edir. Hələ 2017-ci ildən bəri Tramp administrasiyasına işə düzəlmişdir, 2018-ci ildə isə EPA rəhbərinin müavini vəzifəsinə təyin olundu. Onun aktivlərinə 2 ha torpaq sahəsi daxildir.

davidDavid Bernhardt, 50 yaş

Daxili işlər naziri

Sərvəti: 3 milyon dollar

Bernhardt ABŞ-ın ən nüfuzlu şəxslərindən biridir, keçmiş daxili işlər nazirinin vəzifədən uzaqlaşdırılandan sonra Tramp administrasiyasına işə düzəlmişdir.

rick

Rick Perry, 69 yaş

Energetika naziri

Sərvəti: 3 milyon dollar

Texasın keçmiş qubernatoru 2015-ci ildə vəzifəsini tərk edir və Sunoco LogisticsEnergy Transfer Partners şirkətlərinin direktorlar şurasına daxil olur. Qeyd edək ki, nazirin 50 min dollar krediti var.

ginaGina Haspel, 62 yaş

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru

Sərvəti: 2 milyon dollar

Haspel son 30 il ərzində Mərkəzi Kəşfiyyat İdarəsində çalışıb. Qiymətləndirmələrə görə, Gina Haspel-in pensiyası 1 milyon dollar təşkil edir. 2018-ci ildə o Kolumbiya ərazisində yerləşən daşınmaz əmlakını 480 min dollara satıb.

robert 1 

Robert Wilkie, 56 yaş

Veteranlar işləri naziri

Sərvəti: 2 milyon dollar

Təcrübəli dövlət işçisi olan Wilkie, Daxili İşlər Nazirliyində tutduğu vəzifədən çıxaraq veteranlar işləri üzrə nazir vəzifəsinə təyin edilmişdir. Onun Şimali Karolinadakı daşınmaz əmlakının dəyəri 250-500 min dollar təşkil edir.

chrisChris Pikington, 46 yaş

Kiçik biznes idarəsinin direktoru

Sərvəti: 1 milyon dollar

Pikington keçmişdə JPMorgan şirkətinin direktoru vəzifəsini tutub. Chris Pikington-un sərvəti o qədərdə çox deyil. Onun Merilenddə 735 min dollarlıq evi var, bundan əlavə Chris Exxon şirkətində 15 min dollarlıq paya sahibdir.

mike

Mike Pence, 60 yaş

Viçe-prezident

Sərvəti: 1 milyon dollar

Viçe-prezidentin nə evi, nə ehtiyatda saxladığı pulu var. Buna baxmayaraq, o milyonerdir – hökumətin verdiyi pensiyası sayəsində. Peşəkar siyasətçi özəl sektorda böyük təcrübəyə malikdir.

kevinKevin McAleenan, 47 yaş

Daxili təhlükəsizlik naziri

Sərvəti: 800 min dollar

2017-ci ilin bəyannaməsinə əsasən, siyasətçinin kredit kartında 15-50 min dollar borcu var.

mike p

Mike Pompeo, 55 yaş

Dövlət katibi

Sərvəti: 800 min dollar

Exxon şirkətinin keçmiş baş direktoru olan Rex Tillerson Tramp administrasiyasında vəzifəsini tərk etdikdən sonra, onun yerini Mike Pompeo tutdu. Baş katibin mülkü ABŞ-ın digər siyasi fiqurları ilə müqayisədə çox deyil. 2017-ci ildə Pompeo və onun həyat yoldaşı, Kanzas ştatındakı evlərini 726 min dollara satdılar.

Son xəbərlər
Digər xəbərlər