3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan Milli Bankı üçün 17 mln. dollarlıq baş ofis tikiləcək

Gürcüstan Milli Bankı üçün Tbilisidə yeni baş ofis inşa olunacaq.

Report agentliyinin yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyindən bildirilib.

Baş bank üçün yeni binanın tikintisi üçün büdcə 50 milyon lari (17,2 mln. dollar) təşkil edir. Ofis üçün A klass binanın sahəsinin, təxminən, 17 min kv. metr olacağı nəzərdə tutulub.

Binanın inşası üçün müddət 30-36 ay, layihələndirmə üçün isə 6 ay müəyyən olunub. Baş ofisin inşası ilə bağlı təkliflərin qəbulu 2019-cu ilin avqustun 16-da başa çatır.

Qeyd edək ki, Gürcüstan Milli Bankının ayrıca binası yoxdur. Bank 2012-ci ilin dekabrından etibarən Tbilisidə Ədliyyə Evində yerləşir. Bu vaxta qədər isə bank və bölmələri köhnə və qəzalı binalarda fəaliyyət göstərib. 

Son xəbərlər
Digər xəbərlər