1 C
Baku
Saturday, December 14, 2024

“Amazon” şirkəti satılmamış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq

Gələn ayın 1-dən başlayaraq Amazon şirkəti ABŞ-dakı və İngiltərədəki anbarlarında olan satılmamış və alıcılar tərəfindən geri qaytarılmış məhsulları xeyriyyə təşkilatlarına bağışlayacaq. Daha əvvəllər şirkət bu cür məhsulları məhv edirdi. Məlumata sasən təkcə Fransada şirkət hər il 3 milyon məhsulu yenidən emal edir. Bu barədə Vc.ru saytı xəbər verib. Şirkət standart olaraq bu yeni təşəbbüsə satılmamış məhsulların yenidən emal edilməsi razılaşmasına sahib bütün satıcıları daxil edib.

 İstəyə uyğun olaraq partnyorlar bu təşəbbüsdə iştirakdan imtina edə bilərlər. ABŞ-da sözügedən məhsulları Good360, İngiltərədə isə NewlifeSalvation Army və Barnardo’s adlı xeyriyyə təşkilatları əldə edəcəklər. The Verge saytının məlumatlarına əsasən satılmamış məhsulların xeyriyyə təşkilatlarına verilməsi satıcılara məhsulların emal olunması qiymətində başa gələcək. Yəni 0.15$. Bununla belə, məhsulların geri qaytarılmasının qiyməti isə 0.50$ təşkil edir.

Bu ilin yanvar ayında Fransanın M6 adlı telekanalının mənbələri bildirmişdilər ki, Amazon şirkəti 2018-ci ilin aprel ayından bəri Şalon-sür-Son şəhərinin bölüşdürülmüş mərkəzlərindən birində 293.000-dən çox məhsulu emal edib. Şirkət həmin məhsulları yandıraraq və ya böyük tullantı yerlərinə göndərərk onlardan qurtulur. Həmin vaxtda Fransanın ekoloji dəyişikliklər nazirliyinin dövlət katibi Brune Poirson bildirmişdi ki, nazirlik hələ istifadəsi mümkün olan məhsulların atılmasını qadağan etməyi planlaşdırır. Əks halda Amazon şirkətini cərimələr gözləyir. Fransa parlamenti bu təşəbbüsün müzakirəsinə hələ başlamayıb.

©Technote

Son xəbərlər
Digər xəbərlər