5 C
Baku
Saturday, December 14, 2024

“Galaxy Note 10” smartfonu üçün bir milyondan çox sifariş verilib

Koreya Respublikasının bir milyondan çox sakini “Samsung” kompaniyasının “Galaxy Note 10” smartfonlarına öncədən sifariş verib.

Bu barədə “Samsung” korporasiyasının saytına istinadla xəbər verir. “Samsung Electronics” kompaniyasının məlumatına əsasən, avqust ayının 9-dan etibarən ölkədə fəaliyyət göstərən üç aparıcı mobil operatoru avqustun 23-də satışa çıxarılacaq yeni smartfonlara qabaqcadan sifariş götürməyə başlayıb.

“Cənubi Koreyada “Galaxy Note 10” smartfonlarına öncədən verilən sifarişçilərin sayı milyonu keçib ki, bu da 2018-ci ildə buraxılan əvvəlki model “Note 9” smartfonlarına verilən sifarişlə müqayisədə iki dəfə çoxdur”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Cənubi Koreyada 6,3 düym ekranlı “Galaxy Note 10” smartfonlarının qiyməti 1,2 milyon von (1025 dollar), 6,8 düym ekranlı modellərin qiyməti isə 1,5 milyon von (1250 dollar) təşkil edir. Bu, “Samsung” kompaniyasının yeni 5G standartını dəstəkləyən ikinci smartfon modelidir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər