100% xarici kapitallı “Yapı Kredi Azərbaycan” QSC iki istehlak krediti məhsulunun faiz dərəcələrini endirib.
Bu barədə Banker.az-ın monitorinq qrupunun əldə etdiyi məlumatda deyilir.
IT və Telekommunikasiya sahəsi üzrə verdiyi istehlak kreditinin faiz dərəcəsini 1% bəndi, yəni, 20%-dən 19%-ə qədər endirib.
Digər dəyişikliklə isə Neftçi kreditinin faiz dərəcəsini 20%-dən 19%-ə qədər azaltmalı olub.