ABŞ sanksiyalarının yenidən təxirə salınmasına baxmayaraq Huawei şirkətinn yaradıcısı Ren Zhengfei şirkət əməkdaşlarını yeni layhələrin yaradılmasına bütün güclərini sərf etmələrinə çağırıb. Şirkətin əsas planı isə qərbdən olan şirkətlərdən asılılığın tamamilə aradan qaldırılmasıdır. Bu yolda Ren Zhengfei xüsusi mühəndis komandaları yaradır. Bu barədə Bloomberg saytı xəbər verib. May ayından bəri Huawei şirkəti ABŞ hökumətiin qara siyahısındadır. Buna görə də ABŞ şirkətləri xüsusi icazə olmadan Huawei-yə öz məhsullarını sata bilməzlər.
Sanksiyaların təxirə salınmasına baxmayaraq ABŞ-ın ticarət naziri bildirib ki, Huawei təchizatından asılı olan yerli şirkətlər həmin texnologiyalara alternativ variantların axtarılması üçün 90 gün vaxta sahibdirlər. Bundan əlavə olaraq ABŞ hökuməti Huawei şirkətinin strukturuna daxil olan 46 şirkəti də qara siyahıya daxil edib. ABŞ hökuməti tərəfindən olan təzyiqlərə cavab olaraq Huawei şirkətinin yaradıcısı Ren Zhengfei şirkət strukturunda dəyişikliklərin olduğunu elan edib. Şirkətin daxili kanalları vasitəsilə Ren Zhengfei tərəfindən göndərilmiş məktubda o, şirkət əməkdaşlarını Huawei şirkətinin istehlakçı şöbəsi üçün yeni layihələrin yaradılması yolunda mühəndis komandalarının tətib olunmasına çağırıb.
Belə ki, keçən il şirkətin bütün gəlirinin 45%-ni məhz istehlakçı şöbə təmin etmişdi. İstehlakçı şöbəsi üçün olan layihələrə misal olaraq Google Android-ə aternativ variant ola biləcək HarmonyOS əməliyyat sisteminin hazırlanmasını gətirmək olar. Belə ki, onun üzərində 10.000 insan çalışıb. Hələ bir neçə müddət bundan öncə şirkətin vitse-prezidenti bildirmişdi ki, şirkət ABŞ ilə Çin arasındakı ticarət müharibəsinə 10 il bundan öncə hazırlaşmağa başlamışdı. Güman olunur ki, şirkət artıq 2021-ci ildə ABŞ məhsullarından asılılığını tamamilə aradan qaldıracaq.
©technote.az