“Sahibkarların narahatlıqları əhəmiyyətli dərəcədə azalacaq”

Vergi orqanının əməkdaşı vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat və sənədləri nəzərdən keçirmədən əlavə kameral hesablama apara bilməz.

Banker.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, sahibkarların ən çox narahatlıq ifadə etdiyi məsələlərdən biri olan kameral vergi hesablamaları ilə bağlı qaydaya mart ayından etibarən riayət edilir.

“Mart ayından etibarən artıq daxil olmuş izahlara vergi orqanının əməkdaşı tərəfindən münasibət bildirilmədən vergi hesablamasının aparılması mümkün deyil. Düşünürəm ki, bu yanaşma sahibkarların narahatlıqlarını tam aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə Orxan Nəzərli vurğulayıb.

Dövlət Vergi Xidmətinin rəisi rəqəmsal transformasiya çərçivəsində tətbiqi planlaşdırılan ən böyük layihələrdən biri olan ƏDV üzrə prefilinq mexanizminə də toxunub: “Vergi orqanlarında mövcud olan məlumatlar əsasında vergi ödəyicisinin bəyannaməsi ilkin olaraq sistem tərəfindən hazırlanır. Yəni bəyannamədəki müvafiq sətirlər vergi orqanının məlumatları əsasında doldurulur və vergi ödəyicisi yalnız həmin məlumatları yoxlayaraq təsdiq edir”.

Müsahibənin geniş versiyası bu gün yayımlanacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər