2 C
Baku
Saturday, December 14, 2024

ABŞ “Deutsche Bankı” korrupsiya ilə bağlı 16,2 milyon dollarlıq cərimələdi

“Deutsche Bankı” ABŞ-ın xaricdə korrupsiya haqqında qanununu pozmaqla bağlı ittihamların tənzimlənməsi üçün 16,2 milyon dollar ödəməyə razılaşıb.

Xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının (SEC) məlumatına görə bank qanun pozuntularını təsdiq və ya təkzib etmədən işin tənzimlənməsinə razılıq verib.

Qeyd edilir ki, ən azından 2006-2014-cü illərdə bank Asiya-Sakit Okeanı ölkələri, həmçinin Rusiyadan olan vəzifəli şəxslərin qohumlarını öz məqsədlərinə çatmaq üçün onlara təsir etmək üçün işə götürüb.

Bu zaman vəzifələri şəxslərin qohumları adi namizədlərə qarşı sərt tələblər müəyyən edən seçim prosesindən kənar işə götürülüblər.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər