2 C
Baku
Sunday, December 15, 2024

İran neftinə müştəri tapılacaqmı?

İranın Milli Neft Şirkəti 27 avqustda 2 milyon barel ağır xam nefti enerji birjasında satışa çıxaracaq.

Bu barədə İranın Milli Neft Şirkətinin informasiya portalı məlumat verib.

Məlumata görə, xam neftin hər bir barelinin ilkin qiyməti 50,37 dollar olacaq.

İranın cari il (21 mart 2019-dan başlayaraq) büdcə qanununa əsasən, İranın Neft Nazirliyi ayda 2 milyon barel yüngül xam nefti, 2 milyon barel ağır xam nefti və 2 milyon barel qaz kondensatını enerji birjasında satışa çıxarmalıdır.

İran enerji birjasında 21 mart 2019-dan başlayaraq 7 dəfə ağır xam nefti satışa çıxarıb. İndiyədək 70 min barel ağır xam neft enerji birjasında satılıb.

Müştərilər alqı-satqıdan sonra 3 ay ərzində İranın Milli Neft Şirkətinin təsdiqlədiyi məkanlarda nefti təhvil ala bilərlər.

Ümumilikdə İran 28 oktyabr 2018-ci ildən başlayaraq enerji birjasında xam neft və qaz kondensatlarını satışa çıxarıb. Lakin indiyədək 1,085 milyon barel xam neft enerji birjasında satılıb.

Trend

Son xəbərlər
Digər xəbərlər