Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verib.
Bu barədə Banker.az-a məlumat daxil olub.
Bunlar “MJ Financial Services” BOKT MMC və “ASET Maliyyə Texnologiyaları” BOKT MMC-dir.
Bununla da Azərbaycanda fəaliyyət göstərən BOKT-ların sayı 45-ə yüksəlib.
“Mj Financial Services” BOKT MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, məhəllə 1 963, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən cəmi 10 manat çox – 300 010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur.
Qeyd edək ki, bu cari ilin əvvəllərində BOKT yaradılarkən eyni vaxta “Uğur” BOKT MMC də yaradılmışdı. Lakin, yeni siyahıda onun adı yoxdur.