2 C
Baku
Sunday, December 15, 2024

İran və ABŞ prezidentlərinin görüşü hazırlanır

Əgər İran indiki hərəkətlərinə davam edərsə, onda o, real güclə qarşılaşacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp G7 sammitinin nəticəsi ilə əlaqədar Fransa prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.

ABŞ prezidenti, həmçinin İran Prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bildirib. Tramp görüşün bir neçə həftə ərzində baş tutmasının real olduğunu bildirib.

Fransa Prezidenti Emanuel Makron isə jurnalistlərə açıqlamasında deyib ki, Tramp-Ruhani görüşünə hazırlıqlar davam edir. Görüşün sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının növbəsi sessiyası zamanı baş tutması gözlənilir.

AzerTag

Son xəbərlər
Digər xəbərlər