6 C
Baku
Sunday, December 15, 2024

Çin çoxtərəfli inkişaf banklarının üstünlüklərindən faydalanır

Çin tədricən aparıcı iqtisadi və siyasi gücə çevrilir, eyni zamanda regional hökumətlərlə güclü ikitərəfli münasibətlər qurur.

Banker.az xəbr verir ki, o, çoxtərəfli inkişaf banklarından lazımi köməyi almağa davam etməklə yanaşı, onları kreditləşdirir.

Donald Tramp administrasiyası, özünü dünyanın bir çox çoxtərəfli təşkilatlarında inkişaf etməkdə olan ölkə kimi qələmə verən Çinin siyasətinə qarşı sərt mövqe tutur. On illər boyu Pekin özünü inkişaf etməkdə olan bir ölkə kimi təqdim edərək, hədəflərinə çatmaq üçün asanlıqla maliyyə dəstəyini ala bilib. Əslində, o, həqiqətən də yoxsul olan ölkələrin alacağı maliyyəni “yeyir”. Bu baxımdan administrasiyanın mövqeyini başa düşmək olar.

Bu ilin əvvəlində Tramp administrasiyası Çinin özünü “kasıb” və “inkişaf etməkdə olan” ölkə kimi təqdim etməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görmüşdür. Onda Dünya Bankının rəhbəri vəzifəsinə David Malppass təyin olundu, hansıki Çin ilə Dünya Bankı və digər çoxtərəfli inkişaf bankları arasındakı münasibətlərə qarşı olub. Sonuncu isə yoxsulluqla mübarizəyə qoşulmaq əvəzinə, Pekinə kredit verməyə davam edib. Bununla yanaşı, Çin yavaş-yavaş iqtisadi və siyasi gücə çevrilir və regional hökumətlərlə ikitərəfli münasibətlər qurur.

Çoxtərəfli inkişaf bankları ilə uzun illər davam edən işgüzar münasibətlərdə, Pekin inkişaf kreditlərinin verilməsinə təsir göstərməyə başlayıb. 2018-ci ildə Dünya Bankındakı səs payının 4,5% olmasına (ABŞ-ın payı 16% çatır), 2015-ci ildə isə BMT-nin büdcəsini cəmi 5% artırmasına (ABŞ isə 22%) baxmayaraq, Pekin bu və ya digər çoxtərəfli təşkilatlarda daha böyük çəkiyə malikdir.

Beləliklə, Pekin iki yeni inkişaf bankının – Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) və Yeni İnkişaf Bankının yaradılmasında mühüm rol oynayıb. Onların hər iksi Çində yerləşir və qlobal inkişaf arenasına əhəmiyyətli təsir göstərir.

Çin iqtisadi gücünü investisiyalar və çoxtərəfli institutlara artan təsir sayəsində gücləndirir. Bununla yanaşı, o, həqiqətən də yoxsul olan ölkələr üçün nəzərdə tutulan vəsaitləri mənimsəməyə davam edir. Niyə donor ölkələr bu ikili standartın mövcud olmasına icazə verirlər?

Dünya Bankının verdiyi məlumata görə, Çində yoxsulluq səviyyəsi 1981-ci ildəki 88% -dən 2012-ci ildə 6.5% -ə düşdüyü üçün 500 milyondan çox insan ifrat yoxsulluqdan çıxdı. Yəni, Çinin kredit alması üçün heç bir səbəb yoxdur. Buna baxmayaraq, Dünya Bankının keçmiş direktoru Yukon Huang, Pekinə kredit verməyi israr etməyə davam edir. O, yerli hökumətlərin kreditlərə ehtiyac duyduğunu iddia edir, çünki struktur maneələri yerli bankların hökumət layihələrini maliyyələşdirməsinə imkan vermir. Bir sözlə, Çin bank sektorunu təkbaşına idarə bilməyəcəyini göstərərək, bu təcrübəni müdafiə edir.

Bununla birlikdə, bu təcrübənin davam etməsinin başqa bir səbəbi var: Çinin iştirakı olmasa, kreditləşmənin həcmi azalacaqdır və bu bankların işi sual altında olacaq.

Niyə Çin (Meksika, Cənubi Koreya, Qatar və Sinqapur) inkişaf etməkdə olan ölkələrə aiddir? Qatarda və Sinqapurda adam başına düşən gəlir ABŞ-ın ÜDM səviyyəsindən çoxdur! Məsələ ondadır ki, Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələr, inkişaf statusunu özləri müəyyən edirlər. Beləliklə, Çin ticarət qaydalarını qəbul etmək və ixrac subsidiyalarını həyata keçirmək üçün daha çox vaxt qazanır.

Tramp administrasiyası Pekinə bir neçə istiqamətdə meydan oxuyur. Lakin ini ən vacib şey həqiqətən yoxsul olan ölkələrin və ehtiyacı olan insanların yardım almalarını təmin etməkdir. Əgər bu, ABŞ-ın rəhbərliyini tələb edirsə, elə də olsun

 

 

Son xəbərlər
Digər xəbərlər