17 C
Baku
Thursday, October 31, 2024

Bank of Amerika: kosmosdan 700 kvintilyon dollar

Təbii ehtiyatlar

1Robotlar vasitəsilə təbii ehtiyatların çıxarılması – NASA-nın asteroidlərə (Ay və Mars) kosmik uçuş planları üçün çox əhəmiyyətlidir. NASA müxtəlif proqramlardan ( the Regolith Advanced Surface Systems Operations Robot (RASSOR), the Regolith and Environment Science and Oxygen and Lunar Volatile Extraction (RESOLVE) və the Moon Mars Analog Mission Activities (MMAMA) istifadə edərək, robotlar vasitəsilə təbii ehtiyatların çıxarılmasına nail olmağa çalışır. 

Ayda robotlar vasitəsilə təbii ehtiyatların çıxarılması yarışması NASA, Caterpillar, SpaceX, Newmont Mining Corporation və Honeybee Robotics tərəfindən maliyyələşdirilən konkursudur. İştirakçılar qarşısında duran əsas məqsəd, on dəqiqəyə minimum 10 kilo süni ay tozunu çıxara bilən ekskavatorun qurulmasıdır. 

Torpaq mədənində avtomatlaşdırmanın tətbiqi, texniki problemlər səbəbindən çox ləng baş vermişdir. Buna baxmayaraq, Rio Tinto, BHP Billiton kimi bir neçə böyük dağ-mədən şirkətlər, avtonom və ya yarı-avtonom avadanlıq və virtual idarəetmə texnologiyalarından istifadə edirlər. Bu texnologiyalar onlara qurğuları uzaq məsafədən idarə etmək imkanını verir (Mənbə: NASA).

Bununla yanaşı, təbii ehtiyatların çıxarılması ilə təkcə şirkətlər məşğul olmurlar. Məsləhətçi Navitas-ın  fikrincə, Yaxın Şərq ölkələri də kosmik proqramları inkişaf etdirir və xammal hasilatı üçün yaranan fərdi kosmik təşəbbüslərə investisiya qoyurlar. 

BƏƏ və Səudiyyə Ərəbistanının kosmos proqramları var. Səudiyyə Ərəbistanı 2015-ci ildə Rusiya ilə kosmik kəşfiyyat sahəsində əməkdaşlıq haqqında razılığa imza atdı. Abu-Dabi Richard Bransonun kosmik turizm, Virgin Galactic şirkətinin əsas sərmayəçilərindən biridir. Pulla yanaşı, Yaxın Şərq geosiyasi baxımından əlverişli bir yerdə yerləşir (ekvatora yaxın). Navitas, şirkətlərin önümüzdəki beş il ərzində asteroidlərdə nadir qaz və metal axtaran peykləri işə salmasını və gerçək hasilatın yaxın səkkiz il ərzində meydana gələcəyini gözləyir (mənbə: Bloomberg).

Asteroidlərin çıxarılması: Mars və Yupiterin orbitləri arasında asteroid kəmərində 700 kvintilyon ABŞ dolları

Asteroid – Günəş sisteminin erkən inkişafının və ya planetin dağıntılarının qalıqlarıdır. Günəş ətrafında on minlərlə asteroid hərəkət edir. Günəş sistemimizdə asteroidlərin bir çoxu Mars və Yupiterin orbitləri arasında, asteroid kəmərinin içərisində qruplaşır. Adətən onların diametri 100 km-dən artıq olmur. Demək olar ki, ütün asteroidlər üç əsas kateqoriyaya bölünürlər:

C-tipi (karbon) – asteroidlərin 75% -dən çoxu bu kateqoriyaya daxildir. C tipli asteroidlərin tərkibi günəşin, helium və digər uçucu maddələrin hidrogensiz tərkibi ilə eynidir.

S – tipli (silikat) – asteroidlərin təxminən 17% -i bu qrupa daxildir. Onların tərkibində nikel, dəmir və maqnezium maddələri var.

2M-tipli (metalla zəngin) – bu tipli asteroidlərin sayı kifayət qədər azdır, tərkibində nikel və dəmir var. 

Hesab olunur ki, “3554 Amon” asteroidinin tərkibində 6 trilyon ABŞ dolları dəyərində kobalt, 8 trilyon ABŞ dolları dəyərində isə dəmir və nikel var. (Professor John S. Lewis, “The Sky Mining”, 1996).

3NASA 10 min kvadrilyon dollar və ya 10 kvintilyon dollar dəyərində olan  16 Psyche asteroidini tədqiq etməyi planlaşdırır.

Asteroidlərin tərkibində su var, bu isə gələcəkdə Marsa daxil olmağın açarı olacaq. Su – əvəzolunmaz bir əmtəədir.

Bəzi təxminlərə görə, Mars və Yupiter arasındakı asteroid kəmərinin mineralları 700 kvintilyon ABŞ dollarına başa gələcək ki, bu cari qiymətlərə görə Yer kürəsində 7 milyard insanın hər biri üçün 100 milyard dollardır. “Mining the sky”-in müəllifi olan John S. Lewis, 1 km diametrli bir asteroidin təxminən 2 milyard ton kütləsi olacağını iddia edir.  Lewis-in sözlərinə görə, bu asteroidlərdən birinin tərkibində 30 milyon ton nikel, 1,5 milyon ton metal kobalt və 7,5 min ton platin olacaq.

Lakin, asteroidlərin çıxarılması baha başa gəlir. NASA-nın qiymətləndirmələrinə görə, bu gün “asteroiddən tennis topu” nu gətirmək üçün 1 milyard dollar maliyyə vəsaiti tələb olunur. 

4

Planetary Resources

Planetary Resources – texnologiyaların yeridilməsi vasitəsilə “təbii ehtiyatların bazasını genişləndirilməsi” ilə məşğul olan Amerika şirkətidir. Peter Diamandis, Ceyms Cameron, Larri Peyk, Erik Schmidt, Richard Branson və Tencent tərəfindən dəstəklənir. Şirkət 2020-ci ilin sonuna qədər starta hazırlıq üçün Asteroid Exploration proqramını hazırlayır və müxtəlif kosmik vasitələrlə tədqiq ediləcək bir neçə C- tipli asteroidləri hədəfləyir. Prezident Kris Lewicki-nin sözlərinə görə, ilk missiya 2020-ci ildə baş tutacaq. Şirkətin qərargahı yerləşdiyi Lüksemburq şəhəri, 2016-cı ildə əsas tədqiqat və inkişafı həyata keçirmək, o cümlədən asteroidlərin kommersiya məqsədilə istifadə etmək üçün planetar qaynaqlara 28 milyon ABŞ dolları dəyərində investisiya qoymuşdur.

5

Deep Space Industries

Deep Space Industries – kosmik texnologiyalar və resurslar sahəsində qlobal əməliyyatları həyata keçirən Amerika şirkətlərindən biridir. Şirkət planetlərin çıxarılması üçün lazım olan kosmik texnologiyaları inkişaf etdirir və bu texnologiyalardan istifadə edən peyklər satır. 

Artemis layihəsinin sənədinə görə, təxminən 1,100,000 ton qızıl helyum-3 mövcuddur. Bu materialın yalnız 25 tonu il ərzində bütün ABŞ-ı enerji ilə təmin etmək üçün kifayət edir. Digər 75 ton helium-3 isə eyni zamanda dünyanın digər ölkələrini enerji ilə təmin edəcəkdir. 

6

SPS-ALPHA konsepsiyası: Yer kürəsinin 90%-nı enerji ilə təmin etmək

Kosmik platformalardan Yer kürəsinə günəş enerjisinin ötürülməsi konsepsiyası, artıq bir neçə onillik ərzində mövcuddur. Lakin, bir qədər sonra yeni bir konsepsiya irəli sürüldü – SPS-ALPHA. Əgər bu konsepsiyanı tərtib etmək mümkün olarsa, 100 Hvt diapazonunda günəş enerjisini almaq mümkün olacaqdır. Kosmosda yığılan bu enerji, Yer kürəsinə ötürüləcək. 

SPS-ALPHA bizim qarşımızda bir üçün yeni imkanlar açacaq:  təbii fəlakət baş verən zaman, buna daha çevik və effektiv şəkildə reaksiya verəcəyik. 

NASA-nın məlumatına görə, SPS-ALPHA üçün yol xəritəsi proqramla idarə edilən kimi görünür: hiper-modul arxitektura sürəti artırmalı. Pilot qurğusunun ümumi dəyəri təxminən 5 milyard dollar, ilk tam ölçülü SPS-nin dəyəri isə təxminən 20 milyard dollar təşkil edir.

Bu rəqəmlər əhəmiyyətli olsa da, təxmin olunan qiymətdən daha aşağıdır (1 trilyon dollara yaxın). NASA hesab edir ki, SPS-ALPHA qabaqcıl konsepsiyası son dərəcə perspektivlidir və diqqətə layiqdir.

 

Son xəbərlər
Digər xəbərlər