10 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstanlılar ən çox Azərbaycan və Türkiyədə pul xərcləyiblər

Carı ilin ikincü rübündə Gürcüstan vətəndaşlarının əksəriyyəti Türkiyə və Azərbaycana səyahət etdiyi açıqlanıb. Bununla yanaşı ən çox pul xərclədikləri ölkələrdə elə qonşu ölkələr olub.

Banker.az Gürcüstanın “24News”ə istinadən xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin “Sakstat” məlumatında bildirilib.

Məlumata əsasən, 2019-cu ilin ikinci rübündə xaricə gedən hər üçüncü Gürcüstan vətəndaşı səfərinin məqsədini dostları ilə görüş və qohumunu ziyarət etmək adlandırıb.

Məlumatda qeyd olunub ki, ümumilikdə, 2019-cu ilin aprel-iyun aylarında 780 min 100 nəfər Gürcüstan vətəndaşı xaricə səfər edib, bunun da 60,4% -i turist kimi səyahət gərçəklədirib. Orta hesabla Gürcüstanlı turistlər xaricdə 3 və ya 8 gecə keçirirlər.

Gürcüstan vətəndaşlarının əksəriyyəti Türkiyə (44,3 %), Azərbaycana (20,4%) və Ermənistana (10,9%) səfər edib. Gürcüstan vətəndaşları, tanışları ziyarət etməklə yanaşı, alış-veriş, peşə və ya iqtisadi fəaliyyət üçün də  xaricə səfər etdikləri bildirilib.

Bundan əlavə məlumatda vurğulanıb ki, Gürcüstan vətəndaşları carı ilin ikinci rübündə xaricdə 617 milyon 500 min lari xərcləyiblər. Gürcüstandan səfər hər bir səyahətçi bir ziyarətə orta hesabla 1100, 70 lari xərcləyib. Gürcüstanlı turistlərin əksəriyyətinin xərclədiyi pul – yemək, alış-veriş və yaşayış üçün pul ödəmişdir.

Son xəbərlər
Digər xəbərlər