Azərbaycanda daha bir şirkət qapalı səhmdar cəmiyyətə çevrilib.
Banker.az xəbər verir ki, “İmaEnergy” MMC təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, IMA Energy MMC 2006-cı ildə elektrik dizayn sənayesində həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmək üçün yaradılıb və Azərbaycanda podratçı şirkət kimi tanınır.