Dollar likvidliyi azalır, bu da onun möhkəmlənməsinə gətirib çıxarır, habelə dollar qıtlığı ilə üzləşən banklar üçün bir sıra problemlər yaradır.
Banker.az xəbər verir ki, bunun səbəblərindən biri ABŞ-ın genişmiqyaslı borc proqramıdır. Üçüncü rüb ərzində ABŞ-ın Maliyyə Nazirliyi 434 milyard dollar borc almağı planlaşdırır. Bu həcmi yalnız 2008-2009-cu illərdəki böhranla müqayisə etmək olar. Başqa sözlə desək, borc rekord səviyyəyə çatıb.
Bunun fonunda Avropada dollar likvidliyinin böhranı başlayır.

Məlum olmuşdur ki, dollar qıtlığı problemi üç bankda yaşanıb. Əslində, buna likvidlik böhranı da demək olar.
Hal-hazırkı vəziyyət Forex valyuta bazarını əks etdirir. Avro/dollar cütlüyü 1,10 səviyyəsindən aşağı düşüb və bu, 2017-ci ildən bəri ən aşağı göstəricidir.








