11 C
Baku
Monday, November 17, 2025

ABŞ İrana qarşı sanksiyaları daha da genişləndirir

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Nazirlik tərəfindən dərc olunan siyahıda 9 şəxs, 16 şirkət və altı neft tankeri yer alıb. İran vətəndaşlarından əlavə, sanksiyalar həmçinin BƏƏ, Livan və Hindistan pasportlarına sahib olan şəxslərə aid olunur. İranın enerji və nəqliyyat sektorları ilə əlaqəli bir sıra şirkətlərə məhdudlaşdırıcı tədbirlər tətbiq edilmişdir.

Daha əvvəl ABŞ İranın kosmik agentliyinə qarşı sanksiyalar tətbiq etmişdir. ABŞ hesab edir ki, ölkə öz kosmik proqramından ballistik raket proqramını “ört-basdır” etmək üçün istifadə edir.

Xatırladaq ki, ABŞ-ın 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından sonra tərəflər arasında münasibətlər yenidən kəskinləşməyə başlayıb. Müqavilənin şərtlərinə əsasən, İranın razılaşma tərəflərinin, o cümlədən ABŞ-ın ölkəni sanksiya verməkdən imtina etməsi qarşılığında nüvə proqramını azaltması nəzərdə tutulmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər