10 C
Baku
Monday, November 17, 2025

B.Consonun qardaşı vəzifəsindən istefa verdi – Qardaşlar arasında mövqe narazılığı var

İngiltərənin türk əsilli Baş naziri Boris Consonun qardaşı Co Conson nazir postu və Mühafizəkarlar Partiyası millət vəkilliyindən istefa verib.

Baş nazir Cohnsonun bir ay əvvəl təşkil etdiyi hökumətdə dövlət naziri vəzifəsinə gətirdiyi Co Conson Tvitter hesabındakı paylaşmasında həm nazirlik, həm də Mühafizəkarlar Partiyası millət vəkilliyindən istefa verdiyini açıqlayıb.

“Brexit” mövzusunda böyük qardaşının tutduğu sərt xətlə razılaşmayan Co Conson mesajında “Son həftələrdə ailə bağlılığı ilə milli mənafelər arasında sıxışıb qalmışdım. Bu, çıxış yolu olmayan bir gərginlikdir. Millət vəkili və nazir olaraq mənim rolumu başqaları öz boynuna götürməlidir”, – deyib.

Son xəbərlər
Digər xəbərlər