6 C
Baku
Sunday, December 15, 2024

“Nar mobil operatoru” iki tanınmış brendi məhkəməyə verib

Ölkədə 3 mobil operatordan biri olan “Nar mobile”ın ana şirkəti iki qurumu pul tələbi ilə məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Azerfon” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İki şirkət – “Ramada Baku” MMC ( Ramada Baku oteldir bu) və ölkənin böyük tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə qarşı iddia qaldıraraq “pul tələbi” ilə müraciət edilib.

Lakin, telekommunikasiya şirkətinin  “pul tələbi” üzrə iki iddia ərizəsini məhkəmə geri qaytarıb.

XATIRLATMA

“Azerfon” şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində “Nar Mobile” ticarət nişanı ilə başlamışdır və qısa vaxt ərzində Azərbaycanın telekommunikasiya və mobil rabitə sahəsində fəaliyyət göstərənşirkətlərdən biridir.

“Nar” “Azerfon” MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanıdır.

Son xəbərlər
Digər xəbərlər