Omanın neft və qaz naziri Məhəmməd bin Həməd ər-Rumhi neftin qiymətinin bir barel üçün 80 dollara qalxmasının olduqca az ehtimal olunduğunu, buna görə də neft istehsalçılarının daha rasional şəkildə hazırkı şəraitdə, təxminən, 60 dollar/barel qiyməti ilə yaşamalı olduğunu düşünür.
“Report agventliyi xəbər verir ki, bu barədə Ər-Rumhi TASS-a bildirib.
“Bütün istehsalçılar üçün neftin bir barelinin 60 dollar əvəzinə 80 dollar olması sərfəlidir, amma bu, rasionaldırmı? Çox güman, indiki şəraitdə yox. Mövcud iqtisadi mühitdə hərəkət etməliyik. Neftin qiymətinin 60 dollar/bareldən 80-ə yüksəlməsinə sevinərəm, amma bu, olduqca az ehtimaldır”, – o deyib.