2019-cu ilin ilk 6 ayı ərzində ən çox satılan smartfon modellərinin adları açıqlanıb.
Siyahını London mərkəzli qlobal informasiya təminatçısı “IHS Markit” yayıb.
Məlumata əsasən ilk sırada “Apple”ın 12 sentyabr 2018-ci ildə “iPhone XS” və “iPhone XS Max” ilə müqayisədə daha münasib qiymətlə təklif etdiyi “iPhone XR” qərarlaşıb. Smartfon 6 ay ərzində 26,9 milyon ədəd satılıb.
Reytinqlə daha ətraflı aşağıdakı siyahıdan tanış ola bilərsiniz:
1. iPhone XR – 26.9 milyon
2. Samsung Galaxy A10 – 13,4 milyon
3. Samsung Galaxy A50 – 12 milyon
4. iPhone 8 – 10,3 milyon
5. Xiaomi Redmi 6A – 10 milyon
6. Redmi Note 7 – 10 milyon
7. Galaxy J2 Core – 9,9 milyon
8. Oppo A5 – 9,7 milyon
9. iPhone XS Max – 9,6 milyon
10. Galaxy A30 – 9,2 milyon
©Finans.az