10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bank hesablarından nağdlaşdırılmış vəsaitlərin həcmi 27%-ə yaxın artıb

Dövlət büdcə gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, hesablanmalı olan sadələşdirilmiş vergi daxilolmaları 2018-ci il üçün 29,2 mln. manat, bu ilin ilk yarısında isə 19,4 mln. manat təşkil edib.

“Bunu Bakıda keçirilən “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı mövzusunda beynəlxalq elmi-praktik konfransında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, ötən ilin ilk yarısı ilə müqayisədə nağdlaşdırılmış vəsaitlərin həcmi 26,7% artıb.

“Bu vəsaitlərin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin də 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təxminən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilib. Bu da ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir. Digər tərəfdən, nağdsız ödəniş infrastrukturunun əsas göstəriciləri 2019-cu ilin yanvar-iyun aylarında müəyyən artımla müşahidə olunub. Kölgə iqtisadiyyatı dövlət vəsaitlərinin xərclənməsində daha gizli xarakter daşıyır və xüsusi iqtisadi-hüquqi təhlil metodlarından daha geniş istifadəni tələb edir”, – deyə V. Gülməmmədov qeyd edib.

©Apa

Son xəbərlər
Digər xəbərlər