-1 C
Baku
Sunday, December 15, 2024

Fransada mer və həyat yoldaşı həbs edilib

Fransanın Lövallua Perre şəhərinin merinə vergidən yayındığına görə həbs cəzası verilib. 

Report agentliyinin Fransa bürosu xəbər verir ki, məhkəmə Patrik Balkanini 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. 

Bundan başqa, merin həyat yoldaşına da üç il həbs cəzası kəsilib. 

Eyni zamanda onlar 10 il müddətinə seçilmək və şirkət idarə etmək hüququndan da məhrum ediliblər. 

Qeyd edək ki, P.Balkani və həyat yoldaşı 4 milyon avro məbləğində vergidən yayınmaqda günahkar bilinirlər. Merə qarşı korrupsiya ittihamına görə daha bir məhkəmə işi oktyabrın 18-də keçiriləcək. O, ittihamlar sübuta yetiriləcəyi təqdirdə 7 il azadlıqdan məhrum edilə və bütün əmlakı müsadirə oluna bilər. 

Son xəbərlər
Digər xəbərlər