Dövlət Gəlirləri Xidmətinin (DGX) məlumatına əsasən, bu il sentyabrın 1-nə ölkədə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmış şirkətlərin sayı 79.495 olub. İki ay əvvəl – iyunun 1-də bu göstərici 82.855 təşkil etmişdi. ƏDV ödəyicisi olmaq üçün dövriyyənin məbləği əsaslı şəkildə – 50 min avrodan 40 min avroya endirilməsinə baxmayaraq, iki ay ərzində şirkətlərin sayındakı azalmanın nisbəti 4,1 faiz təşkil edir.
DGX-nın bu faktla bağlı rəsmi şərhinə əsasən, vergi ödəyiciləri bazasının azalması Latviyadakı ümumi iqtisadi artımın göstəricisidir və fiskal siyasətin gücləndirilməsi bazarı şübhəli ƏDV ödəyicilərindən təmizləyir. 2019-cu ilin iyununda uzun müddət ticarət əməliyyatları aparmamış 2.500 şirkət ƏDV qeydiyyatından çıxarılıb.