9 C
Baku
Thursday, December 12, 2024

Tramp “Saudi Aramco”ya edilən hücumlara görə ABŞ-ın neft ehtiyatlarını istifadəyə verəcək

ABŞ prezidenti Donald Tramp, lazım gələrsə, bazarı sabitləşdirmək üçün ölkənin strateji neft ehtiyatlarının istifadəyə verilməsinə icazə verib.

Banker.az xəbər verir ki, bu qərar “Saudi Aramco” ya məxsus olan iki zavoda edilən hücumlardan sonra verilib.

“Səudiyyə Ərəbistanına edilən hücuma əsaslanaraq, lazım gələrsə, strateji neft ehtiyatlarını istifadəyə vermək qərarına gəldim, çünki bu hücumlar neft qiymətlərinə təsir göstərə bilər”, – deyə prezidenti Twitter-də yazıb.

Tramp qeyd edir ki, istifadəyə veriləcək neftin miqdarı hələki təyin edilməyib, Ağ Ev rəhbərinin sözlərinə görə, əsas tədarük səviyyəsini qoruyub saxlamaqdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların iki neftayırma zavoduna hücumundan sonra neft istehsalını müvəqqəti olaraq dayandırıb. Hücum səbəbiylə daxili bazarda yanacaq çatışmazlığının olmayacağını ifadə edən Salman, şirkətin meydana gələn ziyanı təsbit etmək üçün işlərini davam etdirəcəyini deyib. Donald Tramp bu hücumu tənqidlə qarşılayıb və Ər-Riyada dəstək olmağa hazır olduğunu bildirib.

 

Son xəbərlər
Digər xəbərlər