1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Aqrarkredit” Bank olmayan Kredit Təşkilatının cavabdeh “Müstəqil” MMC-yə qarşı iddiasını baxılmamış saxlayıb. Sentyabrın 16-da keçirilən məhkəmə iclasında hakim Fərif Mədətli iddaçının iddia ərizəsini geri götürməsini nəzərə alıb.
“Aqrarkredit” QSC 2017-ci ilin avqust ayında 1.260.199,45 manat (əsas borc 978.669,00 manat) və 21.175.366,28 ABŞ dolları (əsas borc 18.483.955,00 ABŞ dolları) məbləğində kredit borcunun, həmçinin Bakı şəhəri, Qədirli küçəsində yerləşən ümumi sahəsi 4,28 ha olan torpaq sahəsi üzərində istifadə hüququnun ona verilməsi tələbi ilə məhkəməyə müraciət edib.
©Turan