Sentyabrın 27-dən başlayaraq krallıq 49 ölkə üçün yeni viza rejimini tətbiq edir. 2030-cu ilədək turizm sektoru ölkəyə ÜDM-un 10%-ni verəcəyi gözlənilir.
Banker.az xəbər verir ki, Səudiyyə Ərəbistanı turizm sektorunu inkişaf elətdirmək planını həyata keçirməyə başlayıb və ilk dəfə olaraq 49 ölkədən gələn əcnəbilər üçün yeni viza rejimini tətbiq edir.
Ər-Riyad karbohidrogenlərdən çox asılı olan iqtisadiyyatı diversifikasiya etmək üçün turizmə bahis edir. Krallığın səlahiyyətliləri ümid edirlər ki, 2030-cu ilə qədər ölkəyə turist axını iki dəfə artacaq – ildə 30 milyon nəfər, sənayedən gələn gəlir isə ÜDM-in 10% -ni təşkil edəcək.
“Biz ən böyük turizm mərkəzlərini hədəf alırıq. Şübhəsiz bunlar Çin, Yaponiya, Avropa, ABŞ kimi böyük bazarlardır. 2018-ci ildə onların turizm sahəsində ümumi payı 70-80% təşkil edib. Və biz Səudiyyə Ərəbistanını ziyarət etmək istəyən bu bazarlardan gələn turistlərə bahis edirik”, – deyə Səudiyyə Ərəbistanının turizm və milli irs komissiyasının sədri Əhməd əl-Xətib bildirib.
Reuters agentliyinin verdiyi məlumata görə, Krallıq qonaqlara qoyulan tələbləri yumşaldır. Bu xüsusilə qadınlara aiddir: artıq onlar ölkəni kişi qohumlarının müşayiəti olmadan ziyarət edə biləcəklər.
Turistlər üçün spirtli içkilərin qadağası tətbiq ediləcək, Məkkə və Mədinə müsəlman ziyarətgahlarına giriş isə məhdudlaşdırılacaq.