8 C
Baku
Friday, December 13, 2024

Bank sədri: “AccessBank”ın 70 mindən çox aktiv İnternet bankçılıq istifadəçisi var

“AccessBank”ın pul köçürmələri əməliyyatlarının 70%-dən çoxu müştərilər tərəfindən internet bankçılıq vasitəsilə həyata keçirilir. Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.

“Bu əməliyyatlar təkcə xaricə köçürmələri deyil, həm də kommunal və vergi ödənişlərini əhatə edir. Bundan əlavə, müştərilər arasında mobil bankçılığa da tələbat artır”, – deyə A.Həsənov bu gün Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda bildirib.

O əlavə edib ki, hazırda “AccessBank”ın 70 mindən çox aktiv İnternet bankçılıq istifadəçisi var.

“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.

Son xəbərlər
Digər xəbərlər