13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycan Koreyaya ixrac təşkil etmək niyyətindədir

Azərbaycan 2020-ci ildə Cənubi Koreyaya ixrac missiyası təşkil edə bilər.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Koreya biznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycandan Koreyaya qida məhsullarının ixracı üçün böyük perspektivlər var: “İki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımında bu kimi biznes forumların keçirilməsi, qida məhsulları sərgilərində iştirak çox mühüm rol oynayır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər